"Hafka" ilə Qurban Qurbanov bir arada
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış iş adamı, "Bakı" FK-nın sabiq rəhbəri Hafiz Məmmədov (Hafka) və "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov idmançı Hacı Əliyevin doğum günündə bir araya gəlib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar məclisdə birgə foto çəkdiriblər.
Qeyd edək ki, H.Məmmədov 2015-ci ildən sonra iş həyatında uğursuzluq yaşamağa başlayıb. Həmin vaxtdan sonra sahib olduğu şirkətləri itirib. Ona məxsus "Baghlan Group" şirkəti", "Bank of Azerbaijan" iflas edib. Böyük pay sahibinə çevrildiyi "Lans" klubu da əlindən çıxıb.
Eyni zamanda "Bakı" klubu da fəaliyyətini dayandırıb. Hətta o, borclar səbəbindən məhkəmə qərarı ilə klubun Biləcəri qəsəbəsindəki böyük bazasını da itirib.
Həmin fotonu təqdim edirik:
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...