Hacı Əliyev olimpiya və dördqat dünya çempionuna qarşı - FOTO

Hacı Əliyev olimpiya və dördqat dünya çempionuna qarşı - FOTO
İdman 607

Sərbəst güləş üzrə olimpiya mükafatçımız, dünya və Avropa çempionu Hacı Əliyev Ümumdünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsinin keçirdiyi virtual turnirdə yarımfinala yüksəlib.

BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, tanınmış idmançımızın yarımfinaldakı rəqibi 1/4 finalda öz həmyerlisi Kayl Sneyderi üstələmiş amerikalı olimpiya, dördqat dünya və dördqat Panamerika Oyunları çempionu Cordan Barouzdur.

Digər yarımfinalçılar rusiyalı Abdulrəşid Sadullayevlə iranlı Həsən Yazdanidir.Qeyd edək ki, səsvermə UWW-nin “Instagram” hesabının “Hekayə” bölməsində keçirilir.

Hacı Əliyev daha əvvəlki mərhələlərdə gürcü Qeno Petriaşvilini və İtaliya təmsilçisi Frank Çamisonu səsvermə nəticəsində üstələyib.

Hacı Əliyev olimpiya və dördqat dünya çempionuna qarşı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər