Hacı Əliyev barədə hakimlər son qərarını açıqladı - RƏSMİ

19
sen
2019
14:11
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatından (DÇ) diskvalifikasiya edilən Hacı Əliyev barədə yekun qərar verilib.Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yekun olaraq Hacı Əliyevin diskvalifikasiya qərarı ləğv olunub.Belə ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) uduzduğu rusiyalı Hacımurad Rəşidov finala çıxacağı halda, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq.Bundan başqa, 57 kq çəki dərəcəsində digər rusiyalı Zaur Uquyevə uduzmuş Mahir Əmiraslanov da rəqibinin əlinin qaldırılması mərasiminə qatılmayıb. Baş hakim onun diskvalifikasiya ediləcəyini bildirib.Lakin federasiyadan bildirdilər ki, bu idmançı diskvalifikasiya edilməyib və Uquyev finala çıxacağı halda, onun da bürünc medal qazanmaq şansı olacaq.
Oxşar xəbərlər
Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişd...
