Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO

19
sen
2019
10:45
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişdik.BAKU.WS xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidova məğlubiyyətini haqsız sayıb.İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4. Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Güləşçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.
Oxşar xəbərlər
Hacı Əliyev ilk görüşündə məğlub oldu - FOTO
Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.BAKU.WS xəbər verir ki, 65 kq çək...
