Güləşçilərimiz Rusiyada iki medal qazanıb - FOTO
24
noy
2019
10:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.
BAKU.WS Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, iki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.
Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.
Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.
Qalereya
Oxşar xəbərlər
Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa üçüncüsü olub
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.BAKU.WS-in məlumatına görə, 3 qızıl, 1 gümüş və 2 bürünc med...