Gözlər Ançelottidədir! Ardaya bu gün oynamaq fürsəti verəcək?

Gözlər Ançelottidədir! Ardaya bu gün oynamaq fürsəti verəcək?
İdman 6

Zədəsini sağaldan Arda Gülerə son matçlarda gözlənilən oyun müddətini verməyən "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti, bu axşam oynanılacaq "Xetafe" matçında da eyni münasibəti göstərsə, böyük tənqidlərə məruz qalacaq.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər

"Fənərbağça"dan transfer edildiyi "Real Madrid"də ardıcıl zədələr səbəbindən aylarla meydanlardan uzaq qalan Arda Güler ​​sağalmasına baxmayaraq, hələ də ispan nəhəngində istədiyi oyun müddətini əldə edə bilmir.

Baş məşqçi Karlo Ançelotti Ardanı heyətə daxil etsə də, onu ehtiyat oyunçular skamyasında saxlaması, onu oyuna buraxsa da, çox az vaxt verməs futbolsevərlərin böyük tənqidlərinə səbəb olub.

İtalyan məşqçi bu axşam Ardaya gözlənilən vaxtı verməsə, linç edilməyə davam edəcək.

Qeyd edək ki, İspaniya nəhəngi "Real Madrid" La Liqanın 20-ci həftəsində "Xetafe" ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər