Global Media Group minifutbol turnirinə start verdi - FOTO/VİDEO

Global Media Group minifutbol turnirinə start verdi - FOTO/VİDEO
Foto Video
İdman 143

May ayının 21-də Global Media Group-un tərkibinə daxil olan şirkətlər arasında minifutbol turnirinə start verildi.

Turnirin keçirilməsinin məqsədi “Global Media Qrup” Şirkətinin həvəskar futbol oynayan əməkdaşları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, həmin əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsidir.

Oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə ediblər.

Yarışda beş komanda mübarizə aparır - "Report" İnformasiya Agentliyi, "Oxu.az" və "Baku.ws xəbər saytları, "Baku TV" televiziyası və "Global Management" şirkəti. İyunun 13-də başa çatacaq turnir ikidövrəli sistem üzrə keçirilir.

Yarışda fərqlənənlərə Kubok və mükafatlar təqdim olunacaq.

İlk oyun günü “BAKU.WS” – “Report” və “Global Management” – “Oxu.az” görüşləri baş tutub.

İlk dueldə “BAKU.WS” rəqibini (5:3) məğlub edib. İkincilərin görüşündə isə “Global Management” rəqibinə qalib (11:0) gəlib.

Son xəbərlər