Gənc taekvondoçumuz Belçikada qızıl medal qazandı
Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə "Belgian Open" beynəlxalq turniri keçirilib.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarışın ilk günündə gənc taekvondoçularımız mübarizəyə qoşulublar. Komandamızın üzvləri bir qızıl və dörd bürünc medal qazanıblar.
49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Taekvondoçularımız Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.
Martın 22-də böyüklər arasında keçirilən yarışda taekvondoçumuz Qaşim Maqomedov (63 kq) bürünc medal qazanıb.
Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb. Azə...