Futbolçu və kikboks məşqçisi də orduya könüllü yazıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.
Bunlardan biri millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun yeni üzvü Elvin Məmmədovdur.
Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.
Həmçinin kikboksinq üzrə məşqçi Anar Süleymanov bu üsulla qeydiyyatdan keçib.
Qeyd edək ki, daha əvvəl MMA döyüşçüsü Aqşin Babayev Salyan rayonundakı hərbi komissarlığa gedərək könüllü şəkildə müharibəyə getmək üçün müraciət etmişdi.
Oxşar xəbərlər
“Pantera” Tünzalə: O qızla videom “Tik Tok”da 6 milyon baxış yığdı - FOTO
Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi: – Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin... – Biləsuvarda anadan...