Futbolçu komanda yoldaşlarının butslarını oğurlayaraq satdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa "Bordo"sunun futbolçularından biri komanda yoldaşlarının butslarını oğurlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, adı açıqlanmayan gənc oyunçu daha sonra həmin ayaqqabıları internet vasitəsilə satıb. Futbolçunun hərəkətlərini keçmiş sevgilisi ifşa edib.
Zərərçəkmiş oyunçular onunla eyni komandada çıxış etmək istəmədiklərini bildiriblər. Klub rəhbərliyi həmin futbolçunu 1 oyunluq diskvalifikasiya edib və cərimələyib. Komanda yoldaşları qərardan narazı qalsalar da, zaman keçdikcə fikir ayrılıqları aradan qalxıb.
Qeyd edək ki, "Bordo" Liqa 1-də keçirdiyi 29 oyundan sonra 22 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 3:1 hesabı qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. BAKU.WS "Repor...