"Frayburq" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Frayburq - Qarabağ oyununun hakimləri bəlli olub
İdman 71

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Erik Lambrechtsə Jo de Weirdt və Mathias Hillaert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Wim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benoît Millot və Willy Delajod olacaq.

Qarşılaşmanın hakim-inspektoru İspaniyalı David Fernández Borbalán, UEFA nümayəndəsi isə ingiltərəli Jonathan Leesedir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər