Fransız futbolçu eskort qızlar üçün furqon almaqda ittiham olundu

Fransız futbolçu eskort qızlar üçün furqon almaqda ittiham olundu
İdman 20

Fransız futbolçu Teo Ernandes haqqında diqqətçəkən iddia ortaya çıxıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun İtaliyanın "Milan" klubunda çıxış etdiyi dövrdə qeyri-adi gecə məclislərinin təşkilində rol aldığı iddia olunur.

Məlumata əsasən, iddia edilən hadisələrdə əyləncə xarakterli tədbirlər və müxtəlif şəxslərin iştirakı qeyd edilir. Araşdırmada futbolçunun komanda yoldaşlarını da bu tədbirlərə cəlb etdiyi irəli sürülür. Onların arasında Hakan Çalhanoğlu, Zlatan İbrahimoviç və Cianluici Donnarumma kimi tanınmış futbolçuların da adı çəkilir.

Həmçinin iddialara görə, Teo Ernandes bu məqsədlə xüsusi nəqliyyat vasitəsi əldə edib ki, qonaqların və dəvət olunan şəxslərin hərəkəti təşkil olunsun.

Hazırda Teo Ernandes bu yayılan məlumatlara münasibət bildirməyib.

Qeyd edək ki, fransalı müdafiəçi 2019–2025-ci illərdə "Milan" klubunda çıxış edib, ötən yay isə təxminən 25 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər