Fransa millisində AVRO-2024 öncəsi böyük problem
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının başlamasına az qalmış turnirin favorit komandalarından olan Fransa millisində böhran yaşanıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Kilian Mbappe və Kinqsli Koman ümumi məşqdə iştirak etməsələr də, İbrahima Konate və Aurelien Çuameni də məşqi yarımçıq tərk ediblər.
Məlumata görə, Mbappe komandanın digər üzvlərindən ayrı qapalı məkanda fərdi məşq edib, 28 yaşlı Koman xəstəliyi səbəbindən məşqi buraxıb.
Müdafiəçi İbrahima Konate və yarımmüdafiəçi Çuameni komanda ilə məşqlərə başlasalar da, sonradan fərdi məşqlər etmək üçün məşqi yarımçıq qoyublar.
Qeyd edək ki, Fransa AVRO-2024-də D qrupunda Hollandiya, Avstriya və Polşa ilə birlikdə mübarizə aparacaq. Fransa turnirə iyunun 17-də Avstriya ilə oyunla başlayacaq, iyunun 21-də Hollandiya ilə oynayaraq, iyunun 25-də Polşa ilə turniri başa vuracaq.
Oxşar xəbərlər
Dünya futbolunun gənc istedadları bəlli oldu
İngiltərənin "The Guardian" qəzeti "2006-cı il təvəllüdlü ən yaxşı gənc istedadlar"ın siyahısını dərc edib. BAKU.WS sözügedən siyahını təqdim edir. Muslem Anatu...