Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa klubu Qarabağın futbolçusunu transfer etmək istəyir
İdman 4

Fransa Liqa 1-də çıxış edən “Tuluza” kollektivi Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.

“Report” “lequotidiendusport.fr” saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər