Fransa Futbol Federasiyası Deşamla müqaviləni uzatdı

Fransa Futbol Federasiyası Deşamla müqaviləni uzatdı
İdman 30

Fransa Futbol Federasiyası yımanın baş məşqçisi Didiye Deşamla müqavilənin müddətini uzadıb.

BAKU.WS Xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası açıqlama yayıb.

Bildirilib ki, 54 yaşlı mütəxəssislə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci il Dünya çempionatı və 2021-ci il Millətlər Liqasının qalibi olub. Həmçinin Avro-2016 və 2022-ci il Dünya çempionatının finalına yüksəlib.

Deşamın rəhbərliyi ilə Fransa millisi 139 oyun keçirib, 89 qələbə qazanıb və 22 məğlubiyyətlə üzləşib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər