"Formula-1"in qalibinə şampan şüşəsi verilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
"Mercedes" komandasının 19 yaşlı italyan pilotu Andrea Kimi Antonelliyə Sudzuka şəhərində keçirilmiş "Formula-1" üzrə Yaponiya Qran-prisindəki qələbəsindən sonra mükafatlandırma mərasimində şampan şüşəsi verilməyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir kiç bu barədə "GPFans" resursu məlumat yayıb.
"Yeniyetmə ikən yarışda qalib gəlməyin yeganə mənfi tərəfi odur ki, sonda şampan içmək üçün yaşın çatmır. Bəli, şüşəyə baxın, etiket yoxdur", - deyə "Sky Sports"un şərhçisi Devid Kroft yarışın yayımından sonra bildirib.
Mükafatlandırma mərasimi zamanı ona üzərində "Sudzuka" etiketi olan (ehtimal ki, qazlı içki) şüşə təqdim edilib. Eyni zamanda, ikinci və üçüncü yerləri tutan Oskar Piastri və Şarl Leklerdə "Moet & Chandon" markalı şüşələr olub.
Qeyd edək ki, Yaponiyada spirtli içkilərdən istifadə üçün icazə verilən minimum yaş həddi 20-dir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...