"Formula 1": Bakıdakı sıralama turunda yeni rekord qeydə alınıb
21
sen
2025
10:13
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda yeni rekord qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, çətin hava şəraiti və pilotların səhvləri nəticəsində sessiya dəfələrlə dayandırılıb və ümumilikdə altı dəfə qırmızı bayraq qaldırılıb.
Sürücülərin mübarizəsi təxminən iki saat çəkib.
Beləliklə, Bakıdakı sıralama turu San Paulu (2023) və İmola (2022) sessiyalarındakı beş qırmızı bayrağı geridə qoyaraq "Formula 1"in tarixinə düşüb.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün, saat 15:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda çıxış edib. Qış İdman Növləri Federa...