"Formula-1" Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına başlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula-1" Azərbaycan Qran-prisinə marşal qeydiyyatı başlayıb.
BAKU.WS xəbər verir ki, sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyənlər və yaşı 21-dən yuxarı olanlar Marşal Proqramına qoşula bilərlər. İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq.
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, "Formula-1" Qran-prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.
Qeyd edək ki, ötən il "Formula-1" Azərbaycan Qran-prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...