Flikin "Barselona"sı Qvardiolanın rekordunu geridə qoydu

Flikin Barselonası Qvardiolanın rekordunu geridə qoydu
İdman 21

"Barselona" baş məşqçi Hansi Flikin rəhbərliyi altında qol məhsuldarlığına görə klub tarixinin ən uğurlu dövrlərindən birini yaşayır.

BAKU.WS xəbər verir ki, komanda alman mütəxəssisin başçılığı ilə keçirdiyi ilk 105 oyunda ümumilikdə 298 qol vurub.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə katalonlar "Newcastle United" üzərində 7:2 hesablı inamlı qələbə qazanıblar.

Cari mövsümdə "Barselona" bütün turnirlər daxil olmaqla keçirdiyi 45 rəsmi matçda 124 dəfə fərqlənib. Bu isə hər oyuna orta hesabla 2,75 qol deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024/2025 mövsümündə komanda 60 rəsmi qarşılaşmada 174 qol vurmuşdu.

Bununla yanaşı, komanda məhsuldarlıq baxımından Qvardiolanın dövrünün göstəricisini də geridə qoyub. 2008/2009 və 2009/2010 mövsümlərində "Barselona" onun rəhbərliyi altında eyni sayda - 105 oyunda 254 qol vurmuşdu.

Flikin rəhbərliyi dövründə klub artıq İspaniya çempionluğunu, ölkə kubokunu və iki dəfə Superkuboku qazanmağa nail olub.

Son xəbərlər