Finlandiya klubu "Qarabağ"la oyunlar üçün 24 futbolçu sifariş edib
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiyanın HİK komandası Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
BAKU.WS qurumun rəsmi saytına istinadən xəbər verir ki, Helsinki təmsilçisi 24 futbolçu sifariş edib.
Baş məşqçi Toni Korkeakunnasun siyahıya daxil etdiyi oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.
Qapıçılar: 1. Yesse Öst, 85. Niki MyönpyöMüdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-BenissanYarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim HetemayHücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka
Qeyd edək ki, "Qarabağ" HİK-ə qarşı ilk matçını avqustun 10-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Helsinkidə keçirəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qarabağ” “Rakuv”a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb - YENİLƏNİB
“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib. Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bak...