FIDE: "Azərbaycanlı şahmatçı Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi"
Azərbaycanlı şahmatçı Xaqan Əhməd (2290) dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməsinin təsadüfi olmadığını sübut edib.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi instaqram hesabında yazılıb.
FIDE İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatındakı bu görüşü xüsusi qabardıb:
"Günün böyük sürprizi. Xaqan Əhməd Hikaru Nakamuranı heyrətə gətirdi. O, gün ərzində qalibiyyətinin təsadüfi olmadığını sübut etdi. Güclü qrossmeysterlərlə qarşılaşaraq 13 oyundan 9-da qalib gəldi".
Qeyd edək ki, Xaqan Əhmədin 13 yaşı var.
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb. Bu barədə BAKU.WS-ə AFFA-dan məlu...