"Ferrari" pilotu Bakıda törətdiyi qəzadan danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisində törətdiyi qəzadan danışıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 24 yaşlı sürücü sərbəst yürüşlərdə tempin ümidverici olduğunu bildirib.
O, yarışın növbəti günündə rəqabətə davamlı olmaq üçün çalışacaqlarını söyləyib: "Boliddə özümü rahat hiss edirdim. Yəqin ki, əyləc baxımından hər şeyin çox rahat olduğunu düşündüm. Nəticədə 15-ci döngədə qəza baş verdi. Qran-prinin ikinci günündə hansı nəticənin qeydə alınacağını isə birlikdə görəcəyik".
Qeyd edək ki, Şarl Lekler iyunun 4-də ikinci sərbəst yürüşdə təhlükəsizlik maneəsinə çırpılıb. Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Bu gün "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
Oxşar xəbərlər
"Ferrari" pilotu da Bakıda belə qəzaya düşdü - VİDEO
"Formula - 1" üzrə Azərbaycan Qran-prisində daha bir qəza qeydə alınıb. BAKU.WS xəbər verir ki, "Ferrari"dən Şarl Leklerin bolidi təhlükəsizlik maneəsinə çırpı...