Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ

Ferran Torres Barselonanı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ
İdman 25

İspaniya futbol millisinin yarımmüdafiəçisi Ferran Torres "Barselona" klubundan Fransanın PSJ komandasına transfer olunmağa razılıq verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" telekanalının müxbiri Luka Bendoni məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Barselona" ilə müqavilənin yenilənməsində yaranan çətinliklər səbəbindən futbolçunun özü də bu keçiddə maraqlıdır. Qeyd edək ki, F.Torresin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

26 yaşlı oyunçu 2022-ci ildən "Barselona"nın şərəfini qoruyur. O bu komandanın heyətində üç dəfə İspaniya çempionu və Superkubokun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb. Torres daha əvvəl İspaniyanın "Valensiya" və İngiltərənin "Mançester Siti" klublarında da çıxış edib. İngiltərə təmsilçisi ilə o, ölkə çempionu və İngiltərə Liqa Kubokunun qalibi adını qazanıb, "Valensiya" ilə isə İspaniya Kubokuna sahib çıxıb. Yarımmüdafiəçi İspaniya millisinin heyətində 2023-cü ildə Millətlər Liqasını qazanıb, 2024-cü ildə isə Avropa çempionu olub

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər