Ferqüson: "Nurmaqomedovun idmandan getmə vaxtı çatıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı UFC döyüşçüsü Toni Ferqüson hesab edir ki, yüngül çəkidə mütləq çempion olan Həbib Nurmaqomedovun karyerasını başa vurmağın vaxtı çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Toni Ferqüson həmçinin rusiyalı çempionu UFC 249 turniri üçün ABŞ-a gəlməkdən imtina etdiyinə görə tənqid edib: “Düşünürəm ki, Həbib özü hər şeyi başa düşür. Artıq getməyin vaxtı çatıb. O, zatən bunu etdi - aradan çıxdı.
Ancaq ümid edirəm ki, onda hər şey yaxşıdır və ailəsi ilə təhlükəsizlikdədir. Ailə məsələsinə gəlincə, bu mövzuda heç kəsi təhqir etmirəm. Eyni zamanda, ümid edirəm ki, o təkcə danışmır, həm də məşq edir".
Qeyd edək ki, idmançılar aprelin 18-də UFC 249 turnirində döyüşməli idilər. Lakin Nurmaqomedov sərhədlərin bağlanması səbəbindən ölkəni tərk etməkdən imtina edib.
Oxşar xəbərlər
UFC 249 pandemiyaya görə təxirə salındı
UFC 249 turniri qeyri-müəyyən müddətə təxirə salınıb. BAKU.WS xəbər verir ki, Toni Ferqüson və Castin Qetzi arasında döyüş baş tutmayacaq. "Təşkilatın UFC 249-u...