Həbib və Ferqüson döyüşü 5-ci dəfə təxirə salındı
UFC-nin yüngül çəkidə mütləq çempionu rusiyalı Həbib Nurmaqomedov amerikalı döyüşçü Toni Ferqüsonla olan duelinin baş tutmayacağını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb.
Rusiyalı döyüşçü amerikalı rəqibi ilə döyüşün baş tutmamasına səbəb kimi ölkəsində hökm sürən karantin şərtlərini göstərib: “Əvvəldən bizim məşqlər AKA-da keçirilirdi, halbuki döyüşün hansı formatda keçiriləcəyini bilmirdik. Sonra UFC-dən məlumat gəldi ki, döyüş 99.9% Əbu Dabidə baş tutacaq. Döyüşdən bir ay əvvəl UFC ilə məsləhətləşərək əmirliklərə uçmaq qərarına gəldik. Biz ora çatanda sərhədlər artıq bağlanmışdı. İndi əmirliklərə pasport olmadan getmək mümkün deyil.
Buna görə də Rusiyaya qayıtdıq. Artıq Rusiyanı tərk etmək də qadağan edilib. Amerika, Avropaya çıxış da bağlanıb. Hər yer karantindədir. Mən indi Dağıstadayam, məşq etməyə davam edirəm, amma səbəbini bilmirəm. İndi UFC-nin Amerikada bir turnir hazırladığı barədə məlumatlar var, hansısa bir ştatla danışıqlar aparırlar.
Mən təcrid vəziyyətindəyəm. Danışıqlar gedir ki, onlar mənsiz bir turnir keçirə bilərlər. Qoy qanuna uyğun hərəkət etsinlər. Eşitdim ki, Toni Ferqüson üçün rəqib axtarırlar. Mən öz iradəmizlə Rusiyada deyiləm, bu barədə UFC ilə məsləhətləşmişdik".
Oxşar xəbərlər
“Pantera” Tünzalə: O qızla videom “Tik Tok”da 6 milyon baxış yığdı - FOTO
Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi: – Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin... – Biləsuvarda anadan...