Ferqüson: Nurmaqomedovu qanına bulaşdıracam

Ferqüson: Nurmaqomedovu qanına bulaşdıracam
İdman 1080

Amerikalı UFC döyüşçüsü Toni Ferqüson yüngül çəkidə mütləq çempion Həbib Nurmaqomedovu təhdid edib.

BAKU.WS xəbər verir ki, gələn ilin aprelində baş tutacaq döyüşdən əvvəl Ferqüson Nurmaqomedovu qanına bulaşdıracağını deyib: "Onu elə bir hala salacam ki, sidiyə gedəndə qan gəlsin. Bu oğlanın bir problemi var, o da Toni Ferqüsondur. Onun ardınca gedirəm. Ov mövsümüdür, körpə.

O, sadəcə növbəti bir rəqibdir. Mən artıq onu məğlub etmişəm. Mən "UFC 209"da olanda bunu onun üzünə baxanda gördüm. Mən onu çağırdım və bu işə yaradı. Mən onun ağlındayam, o, mənim tərəfimə baxır. O qədər məşq edəcək ki, əsəbiləşəcək və səhv edəcək. Mən bundan yararlanmaq fikrindəyəm. Mən onu yerdə tutacağam".

Buna qədər UFC çempionu Həbib Nurmaqomedov amerikalı ilə döyüşə necə hazırlaşacağı barədə danışıb. “Məşq edəcəm, əziyyət çəkəcəm. Təcrübə qazanıram, yaşım artır. 31 yaşım var, bu, hər bir insanın imkanı həddində ola biləcəyi yaşdır. Daha çox məşq edəcəm, rəqib güclüdür, təhlükəlidir.

İçimdə bir alov yarandığını hiss edirəm. Əvvəlki döyüşlərlə müqayisədə hazırlıqda heç nə dəyişməyib. Hər halda, bu MMA-dır, burada döyüşmək, döymək, boğmaq və qırmaq lazımdır. Sadəcə yanaşma dəyişə bilər. Məsələyə daha peşəkar yanaşacağıq. İnsanın imkanları üçün heç bir məhdudiyyət yoxdur", - deyə Nurmaqomedov qeyd etmişdi.

Oxşar xəbərlər

Son xəbərlər