Ferqüson bu gecə döyüşə çıxacaq - Hansı kanalda baxmaq olar?
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı döyüşçü Toni Ferqüson UFC-249-da Castin Qetji ilə mayın 9-dan 10-na keçən gecə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, bu barədə "eurosport.ru" saytı məlumat yayıb.
Məlumata görə, döyüş Ceksonvildəki "VyStar Veterans Memorial Arena"da baş tutacaq. Bundan əlavə oktaqona bu idmançılar da çıxacaqlar: Frensis Nqannu və Jairzinyo Rosenstrike, Donald Kerrone və Enthoni Pettis, Ceremi Stivens və Kelvin Kattar, Qreq Hardi və Yorqan de Kastro.
Toni Ferqüson və digər idmançıların döyüşü Rusiyanın "REN TV" kanalı ilə canlı yayımlanacaq. Döyüşlər mayın 9-dan 10-na keçən gecə 5:15-də başlayacaq. İdman yarışını həmçinin "Wink" və "More.TV" platformalarında izləmək olar. Qarşılaşmaları əvvəldən sona qədər yalnız "UFC Fight Pass" göstərəcək.
Oxşar xəbərlər
Ferqüsonun döyüşə çıxacağı tarix və yer müəyyənləşdi
Amerikalı döyüşçü Toni Ferqüsonun UFC-249-da oktaqona çıxacağı tarix dəqiqləşib. BAKU.WS xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb. Belə ki, Toni Ferq...