Fərid Qayıbov: “Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib. Bundan sonra da belə olacaq”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün Ermənistan təmsilçilərinin qeydiyyatdan keçmələrinə münasibət bildirərkən deyib.
Nazir turnirdə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağını diqqətə çatdırıb: “Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə keçirilir”.
Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...