Fərid Qayıbov Azərbaycan millisinin oyununu izlədi
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mərakeşlə B qrupunun III tur oyunundan öncə baş tutan görüşdə futbolçulara uğurlar arzulanıb.
Nazirlik və MOK rəsmiləri daha sonra qarşılaşmanı tribunadan izləyiblər.
Qeyd edək ki, rəqibi ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan millisi yarımfinala yüksəlib.
Oxşar xəbərlər
Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. H...