"Ferentsvaroş" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Ferentsvaroş Qarabağla oyuna ciddi itki ilə çıxacaq
İdman 115

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Qarabağa rəqib olan Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Uinqo zədələnib.

BAKU.WS-in məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Rusiyalı mütəxəssis bildirib ki, 27 yaşlı Henri Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər