“Fənərbağça”nın qapıçısı Azərbaycan millisini Türkiyə yığmasına dəyişib
23
noy
2023
23:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Göknur Güleryüz milli komandasını dəyişib.
“Fənərbağça”da çıxış edən 20 yaşlı qapıçı bundan sonra Türkiyə seçməsinin formasını geyinəcək.
Azərbaycanın əsas millisinə də cəlb olunan türkiyəli qolkiper yekunda doğma ölkəsinin yığmasında oynamağa üstünlük verib.
Qaydalara görə, futbolçu 21 yaşına kimi milli komandasını dəyişə bilər.
Oxşar xəbərlər
“Qarabağ”ın qalmaqallı yeni qapıçısı: Son iki ildə üç oyun keçirib
“Qarabağ”ın “Bayer”dən (Leverkuzen, Almaniya) ayrıldıqdan sonra heyətinə qatdığı Andrey Lunyovun karyerası daha çox ölkəsi Rusiya ilə bağlıdır. BAKU.WS oxu.az-a...