"Fənərbağça" yeni transferlərini təqdim etdi

Fənərbağça yeni transferlərini təqdim etdi
İdman 34

"Fənərbağça" yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Meyson Qrinvud, Natan Ake və Vedat Muriqi üçün rəsmi imza mərasimi keçirib.

BAKU.WS xəbər verir ki, mərasimdə klub rəsmiləri ilə yanaşı, yeni transferlər də iştirak ediblər.

Klubun idarə heyətinin üzvü Cihan Kamer bildirib ki, bu futbolçuların transferi uzun danışıqlar nəticəsində baş tutub. Onun sözlərinə görə, xüsusilə Meyson Qrinvudun keçidi çətin olsa da, futbolçunun "Fənərbağça"nı seçməsi transferin reallaşmasında mühüm rol oynayıb.

Futbol direktoru Oğuz Çətin isə yeni transferlərin komandanın hədəflərinə çatmasına ciddi töhfə verəcəyinə inandığını bildirib.

Vedat Muriqi yenidən "Fənərbağça" formasını geyinməkdən məmnun olduğunu deyib. Natan Ake komandanın çempionluq uğrunda mübarizə aparacağını vurğulayıb. Meyson Qrinvud isə klubda olmaqdan xoşbəxt olduğunu, azarkeşlərin ona göstərdiyi dəstəyin qərarında böyük rol oynadığını qeyd edib.

Qrinvud, həmçinin keçmiş komanda yoldaşı Kriştianu Ronaldudan çox şey öyrəndiyini və onun peşəkarlığını hər zaman nümunə götürdüyünü bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər