Fatih Terimin çalışdıracağı yeni klubun adı məlum oldu

Fatih Terimin çalışdıracağı yeni klubun adı məlum oldu
İdman 494

Yunanıstanın "Panatinaikos" komandası ilə yollarını ayıran Fatih Terimlə bağlı flaş iddia ortaya atılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı çalışdırıcı yeni mövsüm üçün xarici klubla prinsipial razılığa gəlib.

Səudiyyə Ərəbistanından olan jurnalist sosial şəbəkədəki paylaşımında Fatih Terimin "Əl-Taavon"la görüşdüyünü açıqlayıb.

Qeyd edək ki, "Panatinaikos"un başında 26 matça çıxan Terim 14 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza atıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər