Fatih Terim cəzalandırıldı, klub ayağa qalxdı
06
sen
2019
10:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim 3-cü turda “Kayserispor”la oyundan sonra mətbuat konfransında verdiyi açıqlamala görə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb.BAKU.WS xəbər verir ki, onun köməkçisi Ümit Davala isə rəqib komandanın azarkeşləri ilə mübahisəyə görə 3 oyunluq cəzalandırılıb.Hər iki məşqçi növbəti 4 oyunda - “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbağça” və “Gənclərbirliyi” ilə oyunlarda paltardəyişmə otağı və texniki zonaya girə bilməyəcək.Bundan başqa, F.Terimə 19 min, Ü.Davalaya 19 min 500 lirə, tribunada pilləkənləri boş buraxmadığı üçün isə “Qalatasaray”a 25 min lirə pul cəza verilib.Cəzalandırma qərarının 19:05-də açıqlanması isə “Qalatasaray” rəhbərliyini və azarkeşlərini hiddətləndirib. Çünki bu vaxtın xüsusi seçilməsinin “Qalatasaray” klubunun quruluş tarixi 1905-ci ilə göndərmə olduğu bildirilib.Klub prezidenti Mustafa Cengiz Fatih Terimə verilən cəzanın səbəbinin açıqlanmasını istəyib:“Cəzanın xüsusilə 19:05-də açıqlanması qəlbimizi parçaladı. Bunun araşdırılmasını istəyirəm. Bunu edənlər ortaya çıxarılmalıdır. Səhv həmişə səhvdir. Buna müdaxilə edə biləcək cəsarətli insanlar hər zaman vardır.
Oxşar xəbərlər
“Kayserispor” - “Qalatasaray”: 5 qol, 5 qırmızı, 14 sarı vərəqə - VİDEO
Türkiyə Superliqasında 3-cü tura start verilib.BAKU.WS xəbər verir ki, turun açılış matçında “Kayserispor” öz meydanında “Qalatasaray”la qarşılaşıb.Gərgin keçən...