Ertuğrul Sağlam: "Qarabağ"ın "Ayntraxt"la oyunu əfsanə idi
Qurban Qurbanov mənim qardaşımdır. Onunla tanışlığım var.
BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlaması zamanı türkiyəli tanınmış mütəxəssis Ertuğrul Sağlam deyib.
O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya "Ayntraxt"ını 3:2 hesabı ilə məğlub etdiyi oyunu izlədiyini bildirib.
"Bir türk olaraq nəticədən qürur duydum. "Qarabağ" illərdir Avropada Azərbaycan bayrağını layiqli şəkildə dalğalandırır. Mən dünənki oyunu əfsanə adlandırıram. Futbolçuların istəyi və əzmkarlığı möhtəşəm idi. Bu cür komanda formalaşdırmaq və böyük rəqiblərə qarşı uğurlu şəkildə mübarizə aparmaq inanılmazdır", - deyə Ertuğrul Sağlam vurğulayıb.
56 yaşlı çalışdırıcı Azərbaycan çempionunun "Liverpul"la oyunda da müsbət nəticə qazanacağına inandığını söyləyib: "Komanda bu oyun üslubunu İngiltərədə də davam etdirsə, Mersisayd təmsilçisi üçün çətin olacaq. Bəli, rəqib güclüdür, amma "Qarabağ" da Avropada səs salıb".
Mütəxəssis "Qarabağ"ın heyətində hansısa oyunçunu xüsusi olaraq fərqləndirmək istəmədiyini deyib: "Bütün futbolçular əla performans sərgilədilər. Kimisə fərqləndirsəm, digərlərinin haqqına girmiş olaram. İnanıram ki, tarixi qələbələrin davamı gələcək".
Qeyd edək ki, Ertuğrul Sağlam 2009-2010-cu il mövsümündə "Bursaspor"la Türkiyə çempionu kimi tarixə düşüb.
Oxşar xəbərlər
"Qızıl top" mükafatının favoriti müəyyənləşib
"France Football" jurnalı tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının favoriti açıqlanıb. BAKU.WS RB-Sport-a istinadən xəbər verir ki,...