Ərəblər Messi, Modriç və Benzema ilə maraqlanır

Ərəblər Messi, Modriç və Benzema ilə maraqlanır
İdman 42

Səudiyyə Ərəbistanı hökuməti yerli futbol çempionatına ciddi investisiyalar qoymağı planlayır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Əl-Hilal" PSJ-nin hücumçusu Lionel Messi ilə maraqlanır. Klub onu dünyanın ən çox maaş alan futbolçusu etməyə hazırdır.

"Əl Əhli" Madrid "Real"ının yarımmüdafiəçisi Luka Modriçi transfer etməyə hazırlaşır. Xorvat futbolçu hazırki klubu ilə müqaviləsini 2024-cü ilə qədər uzatmağa hazırlaşır.

"Real"ın hücumçusu Kərim Benzema "Əl İttihad"a keçə bilər. Fransız artıq Səudiyyə Ərəbistanı komandasının rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər