Ərdoğan yığmanın futbolçuları ilə görüşdü - VİDEO
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.
Matçı stadiondan izləyən Rəcəb Tayyib Ərdoğan oyundan sonra türkiyəli futbolçulara şəxsən dəstək nümayiş etdirib.
Qeyd edək ki, Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb. Oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.
Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.
Oxşar xəbərlər
AVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub. "Report"un məlumatına görə, F qrupunun II turunda Türkiyə milli...