Emreli Xorvatiyada da azarkeşlərin hücumuna məruz qaldı - FOTO

Emreli Xorvatiyada da azarkeşlərin hücumuna məruz qaldı - FOTO
Foto
İdman 311

Ötən gecə futbol üzrə Xorvatiya çempionatının 27-ci turunda Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su paytaxt derbisində "Hayduk"un qonağı olub.

BAKU.WS "offsideplus.az"a istinadən xəbər verir ki, oyun ərəfəsində qonaq komandanın avtobusu yerli azarkeşlər tərəfindən daşqalaq edilib.

Futbolçuları və zaqrebli fanatları daşıyan avtobuslar Splitin girişində butulka, daş və alışqan atəşinə tutulub. Nəticədə "Dinamo"nun futbolçularının olduğu avtobusun şüşəsi sınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər