Emrah Çelikel: "Millinin nəticələrində nə bizim, nə də baş məşqçimizin rolu var"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın direktoru Emrah Çelikel Ağdam klubunun futbolçularının Azərbaycan millisində zəif çıxış etməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "İdman TV"də yayımlanan "İdman detektivi" verilişinin ilk buraxılışında qonaq olan funksioner bunun sistemlə bağlı olduğunu söyləyib.
Klub rəsmisinin sözlərinə görə, futbolçulara hansı oyun üslubunun daha uyğun olduğuna baxmaq lazımdır: "Bizim üçün yığmaya çox futbolçu vermək şərəfdir. Sevindirici haldır ki, onların sayı günü-gündən artır. Bilirik ki, futbolçularımız vicdanlı, Vətəninə bağlı insanlardır. Millidə nəticə qazanılmırsa, bunda nə bizim, nə də baş məşqçimizin rolu var. İstərdik, yığmanın nəticələri "Qarabağ"dakından da yaxşı olsun ki, bu da bizə əlavə stimul versin".
Oxşar xəbərlər
Kamran Ağayev: "Milli komandada oyun yoxdur"
"Qətərlə yoldaşlıq və Lüksemburqla seçmə mərhələ oyunlarını izləmişəm. Nəticə və oyun baxımından pis çıxış etdik. Bilmirəm, buna nə demək olar"? BAKU.WS "Report...