Emin Mahmudov: "Estoniya ilə oyunda qələbə qazanmaq istəyirik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu matçda qələbə qazanmaq istəyirik".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi vacib qarşılaşmaya çıxacaqlarını bildirib: "Yaxşı nəticə ilə evə qayıtmaq niyyətindəyik. Burada olanda yalnız milli haqqında düşünürəm və xeyir vermək istəyirəm. Sabah vacib gün olacaq. Digər görüşlər ağır keçsə də, maksimum gücümüzü göstərməliyik. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi Estoniya ilə heç-heçə edib - YENİLƏNİB-5
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. “Report”un məlumatına görə, Canni De Byazinin kollektivi tsikldə ilk ev matçına çıxı...