Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq
Yeniliklərdən dərhal xəbərdar olun
Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib:
"Sabah yaxşı rəqibə qarşı mübarizə aparacağıq. İsveçin heyətində güclü futbolçular var. Çalışacağıq ki, qələbə qazanaq.
Bu komandaya qarşı Avropa çempionatının seçmə mərhələsində çıxış etmişəm Həmin matç karyeramın ən yaxşı oyunlarından biri olub. İnşallah, yenə də komanda yoldaşlarımla birgə özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirik".
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...