Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 9 saylı cəzaçəkmə müəssisəsində olub.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, federasiyanın məsul əməkdaşları və milli komanda üzvlərinin da iştirak etdiyi görüşdə məhkumlar üçün nəzərdə tutulmuş yeni basketbol lövhəsi istifadəyə verilib.
E. Əmrullayev cəza çəkən insanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, ən qısa müddətdə bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb. Daha sonra millinin üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər.
Qeyd edək ki, federasiyanın təşkilatçılığı ilə yaradılan basketbol lövhəsi məhkumların istirahət vaxtlarından daha səmərəli istifadə etmələri üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...