Elvin Cəfərquliyev: Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, belə oynamaq olmaz
Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Rəqibin gücü hər kəsə bəlli idi. Bir daha gördük ki, Çempionlar Liqası böyük turnirdir.
BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ" futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a 1:6 hesabı ilə məğlub olduqları ilk oyundan sonra deyib.
O, ilk hissədə çox səhv etdiklərini bildirib: "Müdafiədə yanlışlıqlarımız oldu. Daha sıx və sadə oynaya bilərdik. Ardıcıl buraxdığımız qollar komandaya təsir etdi. Amma ikinci yarıda özümüzə gəldik. Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, belə oynamaq olmaz".
Futbolçu sıx qrafikin oyunlara daha yaxşı hazırlaşmalarına təsir göstərdiyini söyləyib: "Çünki çox yüklənirik. İstəməzdik oyunlarımız təxirə salınsın. Tez-tez oyun keçirəndə tempi də qoruya bilirik. Sadəcə, sıx qrafikə də öyrəşmək lazımdır. Məsələn, İngiltərə komandaları 3-4 gündən bir oyun keçirir".
25 yaşlı futbolçu komandanı sonadək dəstəkləyən azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, "Nyukasl" və "Qarabağ" arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Koxalski Çempionlar Liqasının ən yaxşı üç qapıçısı sırasında
"Qarabağ" Futbol Klubunun qapıçısı Mateuş Koxalski indiyədək UEFA Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır. BAKU.WS "Report"a istinadla xəbər...