"Elfsborq" - "Qarabağ" matçını portuqaliyalı hakimlər idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyalı hakim Antoniu Nobre UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
BAKU.WS xəbər verir ki, görüş dekabrın 12-də Bakı vaxtı ilə gecə saat 00:00-da start götürəcək.
2019-cu ildən etibarən beynəlxalq oyunlara təyinat alan 36 yaşlı Nobre bu mövsüm UEFA tərəfindən avrokuboklarda 3, Millətlər Liqasında isə 1 oyunu idarə etməklə diqqət çəkib.
Qeyd edək ki, qarşıdan gələn "Elfsborq" - "Qarabağ" matçı həm qrup liderliyinin müəyyənləşməsi baxımından, həm də azarkeşlər üçün böyük maraq kəsb edir.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...