Eldəniz Əzizli: Yarışda kapitan kimi üzərimə böyük məsuliyyət düşürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Yarışda kapitan kimi üzərimə böyük məsuliyyət düşürdü. Digər tərəfdən yığmaya ən çox medal verən idmançıyam. Ona görə də, yoldaşlarıma yaxşı güləşimlə nümunə göstərməliydim.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən dünya kuboku yarışında gürcüstanlı Nuqzari Tsurtsumiaya 9:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra deyib.
Aralarında ciddi xal fərqinin olmadığını və rəqibin dünya çempionu və reytinqdən özündən sonra ikinci yerdə olduğunu xatırladan idmançı deyib: “Doqquzuncu dəfə onun üzərində qələbə qazandım. Finala vəsiqə əldə etdik. Bundan sonra çempion olmağı düşünürük”.
Güləşçi komandada yer alan gəncləri ruhlandırdıqlarını da vurğulayıb: “Onlara deyirik ki, bu şans bir də əlimizə düşməyəcək. Amma gənclərin nə vaxtsa belə bir imkanı ola bilər. Bakıda dünya kubokunu qazanmaq Rafiq Hüseynov, Taleh Məmmədov və mənim kimi idmançılar üçün son şansdır”.
Oxşar xəbərlər
Eldəniz Əzizli ikinci dəfə dünya çempionu oldu, Ülvi Qənizadə gümüş medal qazandı - YENİLƏNİB
Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib. BAKU.WS Report-a istinadl...