"Əl-Nəsr" "Real"ın ulduzuna 100 milyon təklif edir
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubu "Real Madrid"in almaniyalı futbolçusu Antoni Rüdigeri "radar"ına salıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "El Chiringuito" məlumat yayıb.
Bildirilib ki, ispaniyalı mərkəz müdafiəçisi Aymerik Laport klubdan ayrılmaq üzrədir. Futbolçu İspaniyaya qayıtmaq istəyir.
Bildirilib ki, klub rəhbərliyi "Real" oyunçusu Rüdiger haqqında düşünür.
Hazırki klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan 31 yaşlı almaniyalı futbolçuya dörd illik müqavilə üçün 100 milyon avro və ya ildə 25 milyon avro təklif edilib.
Xatırladaq ki, Rüdiger 2017-ci ildən "Çelsi"də oynayıb. O, 2022-ci ildən "Real"ın şərəfini qoruyur.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...