"Əl Əhli"nin Vinisius üçün ödəməyə hazır olduğu məbləğ məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Əhli" futbol klubu bu yay "Real Madrid"in braziliyalı vingeri Vinisius Junioru transfer etməkdə maraqlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə "Ged me Sport" nəşri xəbər verib.
Mənbənin məlumatına görə, ərəb klubunun rəhbərliyi Vinisiusu cari mövsümün sonunda transfer etmək üçün əsas hədəf hesab edir və onun üçün 296 milyon funt-sterlinq (təxminən 350 milyon avro) təklif etməyə hazırdır.
Xatırladaq ki, Vinisius 2018-ci ilin iyulunda "Los Blancos"a keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Bu mövsüm futbolçu 26 matçda iştirak edib, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
Transfermarkt portalının məlumatına görə, futbolçunun transfer dəyəri 200 milyon avrodur.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...