Dünya və Avropa mükafatçıları millimizə məşqçi təyin edildilər
Yeniliklərdən dərhal xəbərdar olun
Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinə əlavə məşqçi təyinatları olub.
BAKU.WS xəbər verir ki, federasiya rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı yığmanın məşqçilər heyətinə titullu mütəxəssislər cəlb etməyi qərara alıb.
İdmançı karyerasını başa vuran millinin keçmiş üzvlərindən Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib.
Federasiyanın prezidenti Yaşar Bəşirov, kumite üzrə əsas milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov tanınmış idmançıların təcrübəsinin gənc nəslə faydalı olacağını düşünüb.
Yeniyetmə və Gənclərin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.
Yığma komanda bu ilin mayında Kiprdə, iyulda Xorvatiyada, sentyabrda Türkiyədə və dekabrda İtaliyada Karate1 Gənclər Liqası, avqustda isə Finlandiyada Avropa çempionatında mübarizə aparacaq.
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...