Dünya Qadın Seriyası: Azərbaycan millisi Bakı mərhələsində mübarizəni dayandırıb
17
avq
2024
20:11
3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci matçında Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 12:16
Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub.
Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək
Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək. BAKU.W...