"Baku Flames" Dünya Qadın Seriyasının Quba mərhələsində mübarizəni dayandırıb

20
iyl
2024
23:23
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsində Azərbaycan təmsilçisi "Baku Flames" mübarizəni dayandırıb.
“Report”un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin açılış oyununda Niderland millisinə məğlub olan (4:21) təmsilçimiz, yer aldığı A qrupunun digər görüşlərində Çinin U-24 (2:21) və Avstraliya (3:21) seçmələrinə də uduzaraq turnirlə vidalaşıb.
B qrupunda Çexiya, Filippin yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb. İran millisi isə yarışa qatılmayıb.
Qeyd edək ki, turnirə iyulun 21-i yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi və "Neftçi" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında mübarizəni dayandırıb
3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi və "Neftçi" komandası Fransanın Orlean şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində...